Modern.az

Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR 

Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR 

30 Noyabr 2020, 10:06

Qarabağa gələn Rusiya sülhməramlıları Azərbaycanın Xocalı aeroportu yaxınlığında səhra hospitalı qurublar.

Modern.az xəbər verir ki, uçuş zolağının yaxınlığında qurulan hospitalda reanimasiya, diaqnostika, cərrahiyyə və stamotoloji kabinetlər fəaliyyət göstərəcək.

 

Rusiya Müdafiə Nazirliyi bildirib ki, xüsusi təyinatlı tibb heyəti sülhməramlılar üçün tibbi dəstək verəcək və tanınmamış "Dağlıq Qarabağ  əhalisi"nə lazımi tibbi yardım göstərəcək.


Ötən gün Qarabağa hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisinin birinci hissəsi gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, Şərq Hərbi Dairənin xüsusi təyinatlı tibbi heyətinin tərkibində 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton yük tanınmamış Dağlıq Qarabağa köçürüləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır