Modern.az

Paşinyan eks-prezidentlərin Moskvaya baş tutmayan səfərindən DANIŞDI

Paşinyan eks-prezidentlərin Moskvaya baş tutmayan səfərindən DANIŞDI

Dünya

30 Noyabr 2020, 10:55

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin birinci və ikinci prezidentləri Levon Ter-Petrosyanla Robert Koçaryanın Moskvaya baş tutmayan səfərini barədə danışıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə təklif Qarabağ döyüşlərinin qızğın çağına təsadüf edib.

 

“Oktybarın 20-də Qarabağın ikinci və üçüncü liderləri Arkadi Qukasyan və Bako Saakyan milli birlik nümayiş etdirmək üçün Ermənistanın sabiq və hazırkı rəhbərliyinin birgə görüşünü təklif etdi. Müəyyən müzakirədən sonra buna razılıq verdim. Növbəti görüş zamanı Qukasyan və Saakyan eks-prezidentlər Levon Ter-Petrosyanın və Robert Koçaryanın Moskvaya gedərək Rusiya rəhbərliyi ilə görüşmək istədiklərini və yalnız alınan informasiyadan sonra mənimlə görüşmək istədiklərini söylədi”.

 

 

Paşinyan təklifə müsbət cavab verdiyini və hətta, hökumət təyyarəsi ilə onların Moskvaya səfər etməsini təklif etdiyini, amma bu dəfə eks-prezidentlərin ondan daha bir xahiş etdiyini xatırladıb. Belə ki, Ter-Petrosyan və Koçaryan Putinin onları qəbul etməsi üçün Paşinyanın telefon danışığı zamanı bunu Putindən xahiş etməsini istəyiblər.

 

“Mən hər gün Putinlə 5-6 dəfə telefonda danışdığımı dedim. Əgər o, “mənə birbaşa deyə bilmədiyin, yalnız xüsusi nümayəndələr vasitəsilə veriləcək məlumat nə ola bilər ki” sualını versəydi, mən nə cavab verməliydim...”, - erməni baş nazir bildirib.

 

 

Paşinyan eks-prezidentlərin Moskvaya protokol səfərini təşkil edərək, onların Rusiyanın eks-prezidenti Dmitri Medvedevlə görüşünə razılıq ala biləcəyini əlavə edib.

 

“Gözlənilmədən Bako Saakayan mənə dedi ki, eks-prezidentlər Sergey Lavrovla görüş üçün razılıq alıblar. Koçaryanın pasportu məhkəmədə qaldığı üçün onun sənədi geri almasına şərait yaratdıq. Koçaryana pasportu qaytarılsa da, o, Ter-Petrosyanla Moskvaya getmədi”- deyə Paşinyan qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!