Modern.az

Universitet müəllimi koronavirusdan vəfat etdi

Universitet müəllimi koronavirusdan vəfat etdi

4 Dekabr 2020, 21:07

Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Nailə Mirzəyeva 55 yaşında koronavirusdan vəfat edib.

 

Bu barədə universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Nailə Mirzəyeva 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə ilə bitirib. Elə həmin ildən AzTU-da işə qəbul olunub. Azərbaycan dili  və pedaqogika kafedrasında laborant, böyük laborant, müəllim, baş müəllim vəzifələrində çalışan Nailə Mirzəyeva 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

O, 2018-ci ildən Azərbaycan dili və pedaqogika kafedrasının dosenti idi. 40-a qədər elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 1 dərs vəsitinin müəllifi olub. 

 

AzTU-nun rəhbərliyi və kollektivi Nailə Mirzəyevanın vəfatından kədərlənir, ailəsinə səbr diləyir.

 

Allah rəhmət eləsin!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi