Modern.az

Xalq artisti koronavirusdan vəfat etdi

Xalq artisti koronavirusdan vəfat etdi

22 Dekabr 2020, 10:15

Tanınmış müğənni, Xalq artisti Sabir Əliyev koronavirusdan vəfat edib.

 

Modern.az  xəbər verir ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl Covid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 

 

S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan oub. 1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir. Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar - “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) rolları yaradıb.

 

S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış edib. 

 

Sabir Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın "Əməkdar artisti" , 2017-ci ildə " Xalq artisti" fəxri adına layiq görülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir