Modern.az

Rövşən Məmmədovdan AzTV ilə bağlı iradlara MÜNASİBƏT

Rövşən Məmmədovdan AzTV ilə bağlı iradlara MÜNASİBƏT

25 Dekabr 2020, 12:34

“Yazırlar ki, Rövşən Məmmədov AzTV-ni sülalə, qohum-əqrəba televiziyasına çevirib”.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov illik onlayn brifinqdə mətbuatda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.



R.Məmmədov qeyd edib ki, 20 illik fəaliyyəti dövründə çox sayda dostlar qazanıb:

 

“Qohum-əqrəba dediklərinin hamısı da dostlardır. Kimsə tanımadığı, qabiliyyətinə bələd olmadığı birini işə götürərmi? Televiziyada çalışmaq qabiliyyəti olmayanları işə necə götürək? Təbii ki, dostun, yaxud ailə dostunun qabiliyyəti varsa, media nümayəndəsidirsə, ona iş şəraiti yaradılırsa, burada qeyri-adi nə var?! Mən bu dostları məhz media sahəsində tanımışam və indi də onlarla əməkdaşlıq edirik”.


AzTV sədri bildirib ki, internet mediasında elə şəxslər var ki, yaratdıqları saytı özlərinin şəxsi Facebook profili hesab edir və istədiklərini yazırlar.



“Həmin şəxslərin yazdıqları qeyri-obyektiv məlumatlar ictimaiyyətə ötürülür və ictimai fikri yanlış tərəfə yönləndirirlər. Olmazmı ki, həmin şəxslər müəyyən yazı yazarkən obyektivliyi və qarşı tərəfin fikirlərini də ortaya qoysunlar? Əgər biz jurnalistikanın 3 əsas prinsipini-obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərini görməzdən gəliriksə, özümüzü jurnalist adlandıra bilmərik”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir