Arxiv
10 Yanvar 2021, 11:18 | MƏDƏNİYYƏT
Xalq artisti Elza İbrahimovanın anadan olmasından 83 il ötür

Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən yetişdirib, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

 

Modern.az xəbər verir ki, yanvarın 10-da anadan olmasının 83-cü ildönümü qeyd edilən görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.

 

Unudulmaz bəstəkarın zəngin yaradıcılığı əlli ildən artıq bir dövrü əhatə edir. Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.

 

“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir.

 

Bəstəkarın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri dinləyicilərin yaralarına bir məlhəmdir.

 

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünya şöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

 

Şübhəsiz ki, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

 

Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.

 

Onun mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyil ki, Xalq Şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.

 

Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığı, təbiətə vurğunluğu tərənnüm edən “Ey Vətən” mahnısı ölməz sənətkarımız Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tanıdıb və sevdirib.

 

Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdığı əsərlər, bəlkə də, on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi üçün seçdiyi şeirlərin dolğun məzmunu isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.

 

Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

 

Bu gün istər yerli, istərsə də xarici televiziya və radio kanallarında müxtəlif musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusun yeni növü aşkar olundu 18 Yanvar 2021, 12:06 Qanunsuz ov edən şəxsdən iki tüfəng götürüldü 18 Yanvar 2021, 12:03 Spiker bu gün parlamentin komitə sədrləri ilə görüşəcək 18 Yanvar 2021, 12:00 Bakı Slavyan Universitetinin müəllimi koronavirusdan ölüb 18 Yanvar 2021, 11:58 Ermənistanda revanşist qüvvələr AKTİVLƏŞİB 18 Yanvar 2021, 11:56 Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb 18 Yanvar 2021, 11:53 Temperatur 10 dərəcə aşağı düşəcək, Bakıya qar yağacaq - XƏBƏRDARLIQ 18 Yanvar 2021, 11:51 Pensiyalar artırılacaq - Nazir müavini 18 Yanvar 2021, 11:50 Oqtay Şirəliyev əhalini vaksin vurdurmağa çağırdı  18 Yanvar 2021, 11:47 Koronavirus bu hadisədən sonra yayılıb - Alimlərdən açıqlama 18 Yanvar 2021, 11:42 Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin verilməsi BAŞLADI  18 Yanvar 2021, 11:38 Koronavirusa yoluxan Rəşid Mahmudov: “Yaxşıyam, lap dəf kimiyəm” 18 Yanvar 2021, 11:35 Uşaq bağçaları da açılır? 18 Yanvar 2021, 11:32 Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI 18 Yanvar 2021, 11:27 Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı 18 Yanvar 2021, 11:25 Südün tərkibi və bioloji xüsusiyyətləri - MƏQALƏ 18 Yanvar 2021, 11:22 Ağdamın Xıdırlı kəndi - VİDEO 18 Yanvar 2021, 11:18 İcra başçısı Şəhid məzarlarını ziyarət etdi - FOTO 18 Yanvar 2021, 11:13 Oqtay Şirəliyevə vaksin vuruldu - VİDEO 18 Yanvar 2021, 11:08 Qazax sakinindən silah və narkotik götürüldü - FOTOLAR 18 Yanvar 2021, 11:04 Vahid Əhmədov: “Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar” 18 Yanvar 2021, 10:59 Vaksin vurduran şəxslərə COVID-19 pasportu VERİLƏCƏK 18 Yanvar 2021, 10:56 Cəbrayıl və Qubadlıda daha 3 erməni hərbçinin cəsədi TAPILDI 18 Yanvar 2021, 10:53 Nazirlik 20 Yanvarla bağlı müraciət etdi 18 Yanvar 2021, 10:49 Polietilen torbaların ishtehsalı və satışı bu tarixdən tam qadağan olunacaq   18 Yanvar 2021, 10:44 Şuşada beşmərtəbəli binada YANĞIN 18 Yanvar 2021, 10:38 Yol polisi vətəndaşalara müraciət etdi 18 Yanvar 2021, 10:33 Prokuror olmaq istəyənlərin nəzərinə 18 Yanvar 2021, 10:28 Postlardan 4 min maşın geri qaytarıldı 18 Yanvar 2021, 10:23 Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ 18 Yanvar 2021, 10:21 Bu ölkədə hərbçilər evdən xidmət aparacaq – MARAQLI 18 Yanvar 2021, 10:16 Daha bir tanınmış həkim vəfat - FOTO 18 Yanvar 2021, 10:10 Xəzan bilməyən fəsildir şair ömrü   18 Yanvar 2021, 10:05 Miqrasiya xidməti əcnəbilərə müraciət etdi 18 Yanvar 2021, 10:00 Qərb Navalnının saxlanılmasını pislədi – Yeni sanksiyalar hazırlanır 18 Yanvar 2021, 09:55