Modern.az

Koronavirusa yoluxanların sayı minimuma DÜŞDÜ

Koronavirusa yoluxanların sayı minimuma DÜŞDÜ

14 Yanvar 2021, 19:15

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1159 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226.200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213.279 nəfər müalicə olunaraq sağalıb, 2971 nəfər vəfat edib, aktiv xəstə sayı 9950 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7653, ötən müddət ərzində isə ümumilikdə 2.295.612 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi