Arxiv
15 Yanvar 2021, 12:45 | MEDİA
Vüqar Səfərlini gözləyən minimum və maksimum CƏZALAR...

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Baş Prokurorluğun məlumatına görə, iş üzrə toplanmış ilkin sübutlar əsasında Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli barəsində hələlik 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Modern.az V.Səfərlini təqsirləndirildiyi maddələr üzrə neçə il həbs cəzası gözlədiyini araşdırıb.


Azərbaycan Cinayət Məcəlləsinin  179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə 10 ildən 14  ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


193-1.3.2. külli miqdarda törədildikdə - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində "külli miqdar" dedikdə 45 min manatdan artıq olan məbləğ başa düşülür.

 

Məcəllənin 308.2. maddəsinə görə, ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda -cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3  ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Qeyd:

  • Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “xeyli miqdar” dedikdə, 50 min manatdan 250 min manatadək olan məbləğ, 308-2.4-cü maddəsində “külli miqdar” dedikdə isə 250 min manatdan yuxarı olan məbləğ başa düşülür.

  • Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.
  •  

    Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - 1500  manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ildən 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

     

    İstintaqın gedişində cinayət məcəlləsinə yeni maddələr əlavə olunmazsa, V.Səfərlini maksimum 14 il həbs cəzası gözləyir...

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Rəsmi Bakıdan lüksemburqlu nazirə ETİRAZ 25 Fevral 2021, 12:22 Ermənistan ordusunun Baş Qərargahı Paşinyanın istefasını TƏLƏB EDİR 25 Fevral 2021, 12:22 Gəncədə yağan qar yollardan təmizlənir - FOTOLAR 25 Fevral 2021, 12:15 Erməni əsgər anaları ayağa qalxdı: “Övladlarımızı Qarabağa göndərməyin!” 25 Fevral 2021, 12:13 “Azərişıq” sahibkarlara müraciət etdi 25 Fevral 2021, 12:10 Azad olunmuş ərazilərə keçmək istəyən daha 3 nəfər tutuldu - FOTO 25 Fevral 2021, 12:05 Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar 25 Fevral 2021, 12:00 Xarici jurnalistlər Bakıya gəldilər 25 Fevral 2021, 11:54 BANM Stokholm Universiteti ilə mütəxəssis hazırlığına başlayır 25 Fevral 2021, 11:48 "Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib 25 Fevral 2021, 11:42 Onunçün öyrətdim ki, əlimi bu sənətə… 25 Fevral 2021, 11:36 İcra başçısı vətəndaşların problem və müraciətləri dinlədi - FOTOLAR 25 Fevral 2021, 11:32 Səbinə Əliyeva Avropa Şurasının üzvləri ilə görüşüb 25 Fevral 2021, 11:27 Lisey direktoru həbs edildi 25 Fevral 2021, 11:23 Ermənistan Rusiyanın köməyi ilə ordu islahatları aparacaq - Paşinyan 25 Fevral 2021, 11:21 Pakistanla Azərbaycana yeni aviareys açır 25 Fevral 2021, 11:20 İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 “Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb! - Spiker tamamilə haqlıdır” - Deputat 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05