Modern.az

Bu dərslərin əyani keçirilməsi dayandırılacaq

Bu dərslərin əyani keçirilməsi dayandırılacaq

22 Yanvar 2021, 12:53

“Böyük məktəblərdə şagirdlər həftədə 3 dəfə, şagird sıxlığı tənzimlənən məktəblərdə isə həftədə 5 dəfə tədris təşkil ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

 

O, keçilməyəcək fənləri də qeyd edib:

 

“Tövsiyəmiz ondan ibarətdir ki, fiziki tərbiyə dərslərinin keçirilməsində fiziki təmasların çoxluğu nəzərə alınaraq bu dərslərin əyani keçirilməsi dayandırılsın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi