Modern.az

Şəhidin üzünü görmədiyi oğlu UĞUR doğuldu - FOTO

Şəhidin üzünü görmədiyi oğlu UĞUR doğuldu - FOTO

Aktual

23 Yanvar 2021, 15:02

 

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, şəhid Mikayıl Mikayılzadənin oğlu dünyaya gəlib.

 

Modern.az-ın məlumatına görə, bunu Bayıl 5 saylı Doğum evinin həkimi Nazilə Xudaquliyeva bildirib.

 

Həkimin sözlərinə görə, Şəhid Mikayıl övladının adını Uğur qoymağı arzulayırmış:

 

“Təəssüf ki, üzünü görə bilmədi. Balaca Uğur Hadrutdan Şuşaya qədər şərəfli döyüş yolu keçən atasının yolunu davam etdirəcək. Hər zaman onunla fəxr edəcək. Məkanın Cənnət olsun, Şəhidim. Biz ömür boyu sizə borcluyuq!”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü