Modern.az

Ermənistanda məclis sədri mühafizəçilərinin sayını 4 dəfə artırdı

Ermənistanda məclis sədri mühafizəçilərinin sayını 4 dəfə artırdı

24 Yanvar 2021, 08:58

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan növbəti dəfə döyüldükdən sonra şəxsi mühafizəçilərinin sayını 4 dəfə artırıb.

 

Modern.az Ermənistan mediasına istinadla xəbər verir ki, Ararat Mirzoyanı indi 2 yox, 8 mühafizəçi qoruyur. 10 noyabr kaputilyasiya aktından sonra 2 dəfə vətəndaşların hücumuna məruz qalan Mirzoyan mühafizəçilərinin sayını artırmağa qərar verib. "Hraparak"ın iddialarına görə, spikerin yeni mühafizəçiləri dövlət büdcəsindən maliyyələşdiriləcək. Bu isə sosial şəbəkələrdə etirazla qarşılanıb.

 

"Hayeli" nəşri isə Ermənistan parlamentinin spikerinin hər gün onlarla təhdid aldığını, hər yerdə izlənildiyini bildirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...