Modern.az

Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün AŞPA-nın qış sessiyası başlayır

Aktual

25 Yanvar 2021, 08:36

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. 

 

Modern.az xəbər verir ki, sessiya yanvarın 28-dək davam edəcək. 

 

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

 

Qeyd edək ki, bu il AŞPA-nın qış sessiyası hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək. Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...