Modern.az

Yoluxma yenə artdı, ölü sayı AZALDI

Yoluxma yenə artdı, ölü sayı AZALDI

26 Yanvar 2021, 16:25

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 229358 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 221116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib, aktiv xəstə sayı 5142 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7807 hazırkı dövrədək isə 2372616  test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi