Arxiv
12 Fevral 2021, 17:29 | PARLAMENT
“Azəriqaz”ın baş direktoru deputatın təklifini bəyəndi

“Bu gün Milli Məclisin plenar iclasında son günlər seçicilərdən, eləcə də ayrı-ayrı vətəndaşlardan mexaniki-elektron sayğacların yazdığı vəsaitin faktiki sərfiyyatdan fərqlənməsi və nəticədə abonentlərin istifadə etmədikləri təbii qaza görə artıq vəsait ödəmələri haqda daxil olan şikayətləri barədə çıxış etdim.

Qeyd olunan problemin şəffaf araşdırılması və həlli üçün “Azəriqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiyanın və eyni zamanda kommunal xidmət göstərən qurumların yanında İctimai Şuraların yaradılmasını təklif etdim”.


Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev bildirib. Onun sözlərinə görə, parlamenmtdəki çıxışdan sonra “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev onunla əlaqə saxlayıb:

“Ruslan Əliyev parlamentdə etdiyim çıxışdan sonra mənimlə əlaqə saxlayaraq, səsləndirdiyim təklifə müsbət yanaşdığını və tezliklə İctimai Şuranın formalaşdırılması ilə bağlı müvafiq prosesə başlanılacağını bildirdi.

Mən də öz növbəmdə Ruslan müəllimə verdiyi operativ reaksiyaya və məsələnin həllində maraqlı olduğunu nümayiş etdirdiyinə görə təşəkkür etdim”.

A.Quliyev hesab edir ki, əhaliyə xidmət göstərən bütün qurumlarda effektiv fəaliyyət göstərən İctimai Şuraların yaradılması ölkə Prezidentinin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə əməl etməklə yanaşı, vətəndaş hüquqlarının daha yaxşı qorunması istiqamətində atılan mühüm addımdır.


“Ümid edirəm ki, “Azəriqaz” İstehsalat Birliyinin yanında fəaliyyət göstərəcək İctimai Şura vətəndaşları narahat edən məsələlərin həllində fəal iştirak edəcək, şəffaflığın daha yaxşı təmin olunmasına öz töhfəsini verəcəkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ 15 Aprel 2021, 11:55 İki mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - Nazirlik 15 Aprel 2021, 11:44 Zərifə Əliyevanın anım günüdür 15 Aprel 2021, 11:38 Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi 15 Aprel 2021, 11:32 “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub - İDDİA 15 Aprel 2021, 11:30 İtaliyalı deputatlar Gəncədə olublar 15 Aprel 2021, 11:28 Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı 15 Aprel 2021, 11:25 Yol polisi bir həftədə 19 şəhər və rayonda reydlər keçirib - sürücü və piyadalar cərimələnib 15 Aprel 2021, 11:23 Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır 15 Aprel 2021, 11:19 Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib 15 Aprel 2021, 11:15 “Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO 15 Aprel 2021, 11:10 Azərbaycanda ata-oğul BIÇAQLANDI 15 Aprel 2021, 11:07 Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH 15 Aprel 2021, 11:02 Goranboylular Vətən Müharibəsi qəhrəmanını belə qarşıladılar   15 Aprel 2021, 10:59 Saatlıda yas mərasiminə gedənlər cərimə ödəməli oldular 15 Aprel 2021, 10:56 Azərbaycanda yeni pambıq sortları yaradılacaq 15 Aprel 2021, 10:50 Laçının hansı kəndləri rusların nəzarətindədir? 15 Aprel 2021, 10:45 Qərbi Kaspi Universiteti Avropa İttifaqının tədbirində iştirak etdi 15 Aprel 2021, 10:40 “Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi 15 Aprel 2021, 10:36 Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ - FOTOLAR 15 Aprel 2021, 10:31 Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir? 15 Aprel 2021, 10:26 Tənha qadının evinə basqın edən şəxslər SAXLANILDI 15 Aprel 2021, 10:21 Cəlilabadda ata öldürüldü - oğlu yaralandı 15 Aprel 2021, 10:16 Azərbaycan nefti bahalaşdı 15 Aprel 2021, 10:10 Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ 15 Aprel 2021, 10:07 Ucarda ər arvadını ÖLDÜRDÜ 15 Aprel 2021, 10:03 Ötən gün 17 nəfər aktiv koronavirus xəstəsi  saxlanıldı 15 Aprel 2021, 10:00 Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi - VİDEO 15 Aprel 2021, 09:58 Ölkə üzrə aprel ayının pensiyaları tam ÖDƏNİLDİ 15 Aprel 2021, 09:53 Kriminal avtoritet Əli Heydərovun qatili bacısını da öldürüb, yeznəsinin qulağını kəsib 15 Aprel 2021, 09:50 Azərbaycanın qələbəsi regional əməkdaşlığın yeni mərhələsinə keçidi şərtləndirib 15 Aprel 2021, 09:44 Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib 15 Aprel 2021, 09:38 Nazirlik texniki baxışla bağlı “qaynar xətt” yaratdı 15 Aprel 2021, 09:32 Neftin qiyməti 66 dolları ötdü 15 Aprel 2021, 09:26 Bakıda yenə tıxac yarandı - FOTOLAR 15 Aprel 2021, 09:20