Modern.az

Universitetin mətbuat katibi postundan GETDİ

Universitetin mətbuat katibi postundan GETDİ

16 Fevral 2021, 20:41

"Bu gün universitetdəki 5 illik “Mətbuat xidmətinin rəhbəri” fəaliyyətimin son günü idi. 2010-cu ildə yolum Odlar Yurdu Universitetindən keçdi. 11 ildir ordayam, zarafat deyil, yeniyetməliyim, gəncliyim orada keçib".

 

Modern.az-ın məlumatına görə, bunu Odlar Yurdu Universitetinin mətbuat katibi postundan gedən Günay İmanova bildirib.

 

Onun sözlərinə görə, bu illər ərzində hər addımında universitetə faydalı olmağa, adını uca tutmağa, ən əsası isə işini vicdanla görməyə çalışıb.

 

"Düşünürəm ki, bacardım da. Bundan sonra da fəaliyyətim bu universitetdə davam edəcək. Bu dəfə sırf ixtisasım üzrə peşəkarlaşmaq üçün".

 

Sabiq mətbuat katibi bu müddət ərzində əməkdaşlıq etdiyi bütün jurnalistlərə minnətdarlığını bildirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi