Arxiv
19 Fevral 2021, 15:58 | PARLAMENT
Ukrayna, Litva, Moldova deputatları azad edilmiş ərazilərimizə gələ bilərlər? - Dostluq qruplarından CAVAB

Azərbaycan 30 illik fasilədən sonra 44 günlük müharibə nəticəsində işğal olunmuş torpaqlarını azad etdi. Bu müharibənin yekununda həm də erməni vəhşiliyi bütün dünyaya əyan oldu.
Azad olunmuş rayon və kəndlərdə hökm sürən dəhşətli mənzərə Ermənistanın nə qədər barbar dövlət olduğunu sübut etdi.
Torpaqlarımız azad edildikdən sonra bir sıra ölkələrdən olan  diplomatlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri həmin bölgələrə gedib erməni vəhşiliyini öz gözləri ilə gördülər.

Bu cür səfərlərin ardı olacaqmı?

Modern.az mövzu ilə bağlı Milli Məclisin Ukrayna, Litva, Moldova parlamentlərarası dostluq qruplarının üzvlərinə müraciət edib.


Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü Elman Nəsirov
deyib ki, Ukrayna dostluq qrupu ilə bir neçə dəfə onlayn görüş olub.


"Hər görüş təxmini olaraq iki saat çəkir və müxtəlif məsələlər müzakirə olunur. Ukrayna Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək istədiyini hər zaman vurğulayır. Biz onlayn qayda təmaslar qurmağa məcburuq, çox arzulayırıq ki, yaxın zamanlarda canlı təmaslarımız olsun və istisna deyil ki, vaksinasiya prosesində uğur qazandıqdan sonra Ukrayna heyəti Azərbaycana gələcək. Videoformat görüşləri zamanı özləri bu ehtimalı bildiriblər və istəyirlər ki, bütün məsələləri üz-üzə danışsınlar. Ukraynada pandemiya çox geniş vüsət alıb, bu səbəbdən hələ ki səfər edə bilmirlər. Səfərə mane olan yeganə faktor pandemiyadır. Pandemiya bitdikdən sonra Ukrayna nümayəndə heyətinin səfəri mütləq olacaq".


Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun rəhbəri Nəsib Məhəməliyev
deyib ki, Litvadan səfərlə bağlı bir təklif gəlməyib, çünki Litva parlamenti yeni formalaşıb və mart ayının 10-da fəaliyyətə başlayacaq:

"Litvanın əvvəlki parlamentinin tərkibi ilə bizim sistematik əlaqəmiz var. Hazırda orada yeni tərkib formalaşıb və biz razılıq əldə etmişik, onlayn formatda görüş keçiriləcək. Bu görüş tanışlıq məqsədi daşıyır. Bizim üçün çox önəmli olan Xocalı soyqırımı ərəfəsində belə bir görüşü təşkil etməkdir ki, onları bir daha məlumatlandıraq və gələcək əməkdaşlıq prioritetlərimizi müəyyənləşsin. Yaxın günlərdə Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun onlayn formatda görüşü keçiriləcək. Pandemiya bitdikdən sonra isə qarşlıqlı səfərlərin olması gözlənilir".


Azərbaycan-Moldova parlamentlərarası dostluq qrupunun üzvü Eldar İbrahimov:

"Moldovada növbədənkənar parlament seçkiləri keçirilməsi müzakirə olunur, başları qarışıq olduğuna görə bizimlə hər hansı  görüş hələ ki mümkün deyil, bu barədə təşəbbüs də olmayıb".


Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 “Ümid edirik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək” 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37 Sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir 23 Aprel 2021, 12:32 Ronaldu maaşının azaldılmasına razıdır - "Mançester Yunayted"ə keçidi üçün 23 Aprel 2021, 12:28 Siyavuş Novruzov insan alverindən DANIŞDI: “...filmlər çəkilir” 23 Aprel 2021, 12:27 "Bu, etibarlı münasibətlərimizə kölgə salmaq deməkdir" - Ülvi Quliyev 23 Aprel 2021, 12:25 Bakıda məktəbdən “AK-74” avtomatı oğurlanıb 23 Aprel 2021, 12:22 İcra başçısı COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub 23 Aprel 2021, 12:17 İnsan alverinə səbəb olan erkən nikahların qarşısı alınmalıdır - Deputat 23 Aprel 2021, 12:12 I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək 23 Aprel 2021, 12:06