Modern.az

“Lütfi Zadə təqaüdü”nə layiq görülən tələbə: “Seçiləcəyim ağlıma da gəlməzdi” - MÜSAHİBƏ

“Lütfi Zadə təqaüdü”nə layiq görülən tələbə: “Seçiləcəyim ağlıma da gəlməzdi” - MÜSAHİBƏ

20 Fevral 2021, 14:33

“Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası” ilə “Azedu Academy” bacarıqlı gəncləri həvəsləndirmək üçün ilk dəfə təqaüd təsis edib. Bu təqaüdü bakalavriatura səviyyəsində təhsil alan tələbələr qazana bilər.
Layihənin təşkilat komitəsi bu təqaüdün şanlı qələbəmiz münasibətilə Birinci və ya İkinci Qarabağ müharibəsində şəhid və qazi olan şəxslərin tələbə övladlarına verilməsini uyğun görüb.

Müsabiqənin şərtləri o idi ki, təqaüd valideyni Birinci və ya İkinci Qarabağ müharibəsində şəhid-qazi olan, həmçinin sosial təminatı aşağı, kompüter mühəndisliyi, dəqiq elmlər, IKT sahəsi ilə bağlı ixtisaslarda oxuyan tələbələrə şamil edilsin.

“Lütfi Zadə təqaüdü”nə layiq görülənlərdən biri Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Aygün Məmmədovadır. Məbləği 100 manat olan təqaüd tələbəyə 1 il müddətində veriləcək.

Modern.az saytının əməkdaşı Aygün Məmmədov ailə həmsöhbət olub.


  • - Aygün özün haqqında qısa məlumat verməyini istərdik...

  • - Mən Məmmədova Aygün İlkin qızı Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin ( kompüter elmləri ixtisası üzrə) III kurs tələbəsiyəm.. 2018-2019-cu il qəbul imtahanında 359 bal toplayaraq universitetə qəbul olundum. Ödənişli əsaslar üzrə təhsil alıram. Lakin atam qazi olduğuna görə ödəniş ödəmirəm. Qubada yaşayıram.

  • - “Lütfi Zadə təqaüdü” qazandığını biləndə hansı hissləri keçirdin?

  • - Seçilməyim heç vaxt ağlıma gəlməzdi. Çox sevindim. Belə bir şeydən xəbərim yox idi. Birdən oldu. Bu haqqda ümumiyyətlə məlumatım yox idi.

  • - Necə oldu səni seçdilər?

  • - Univerisitetdən qazi övladları haqqında məlumat alırdılar. Bununla bağlı məlumatım var idi. Daha sonra seçildiyimi öyrəndim...

  • - Bu xəbəri ailən necə qarşıladı?

  • - Ailəm buna daha çox sevindi...

  • - Təhsillə bağlı planların nədir?

  • - İxtisasımı çox sevirəm. Həttda indidən ixtisasım üzrə dilləri öyrənməyə başlamışam. Gələcək təhsilimi də ixtisasım üzrə davam etdirəcəm. İxtisasımı dəyişməyi düşünmürəm. Daha çox öyrənmək, bildiklərimi təkmilləşdirmək istəyirəm.

  • - Gələcəkdə təhsilini xaricdə davam etdirmək istəyərsən?

  • - O haqda hələ ki düşünürəm...
  • - Aygün, bu ixtisasda təhsil almaq öz istəyindi, yoxsa ailənin seçimi?

  • - Öz seçimimdir. İlk yazdığım yerə düşdüm.
  • - Univerisitetdən təqaüd alırsan?

  • - Bəli, zərbəçi təqaüdü alıram.

  • - Aldığın təqaüdlər sənin təhsil xərclərini qarşılayırmı?

  • - Əvvəl ödəmirdi. Ənənəvi dərslər başlasa, kursa getmək istəyirəm. Onlayn öyrənmək o qədər də yaxşı deyil. Evdə də öyrənirəm. Lakin kurs daha yaxşıdır. Çünki işə qəbul olunanda CV-də dil biliyinin olması daha çox önəm daşıyır.

  • - Hazırda işləyirsən?

  • - Xeyr işləmirəm. “Təbəssüm” xeyriyyə komandası olaraq evdə 3 qız ilə birlikdə imkanı olmayan uşaqlara ödənişsiz kurs keçirik. Dərslərimiz həftədə 1dəfə olur.. Artıq 3 ay olacaq ki, biz bu işi görürük. Mən proqramlaşdırma üzrə dərs keçirəm.

  • - Ən böyük arzun nə idi?

  • - Ən böyük arzum proqramçı olmaqdır...

  • - Atan Qarabağ qazisidir. Onun haqında qısa nə deyə bilərsən?..

  • - Atam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, II qrup əlildir. Atam hazırda işləmir. Ürək əməliyyatı keçirib. Ona işləmək olmaz. Evdə heç kim işləmir. Bir az çətinlik çəkirik. Atam həm sosial yardım, həm də pensiya alır. Bakıda oxuyanda çətinlik olurdu, deyə kirayə qalmırdım. Xalamgillə birlikdə yaşayırdım. Təcrübə qazanıb, öz ixtisasım üzrə işləmək istəyirəm.

Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir