Modern.az

Prezident azad olunmuş yerlərə aparan yolları tezliklə bərpa etmək tapşırığı verib

Prezident azad olunmuş yerlərə aparan yolları tezliklə bərpa etmək tapşırığı verib

İqtisadiyyat

22 Fevral 2021, 11:57

“Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

S.Məmmədov qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinon layihələndirilməsi aparılır:

"Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırıq vermişdi ki, Kəlbəcərə gedən yolla bağlı işlərə başlayaq. Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayşın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığına əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi