Arxiv
22 Fevral 2021, 13:20 | DİASPOR
Azərbaycan diasporunun “Xocalı çalışması” - Bu il hansı işlər görüləcək...

Bir neçə gündən sonra Xocalı soyqırımının 29-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan Qarabağdakı 44 günlük Vətən müharibəsinin qalibi olsa da, Xocalı şəhərinə nəzarət hələ ki Ordumuzada deyil. Amma müharibədə zəfər çaldığımız kimi, yaxın vaxtlarda Xocalıya qaydışa da şahidlik edəcəyik.
Təəssüf ki, ermənilərin 1992-ci fevralın 25-dən 26-na keçən gecə törətdiyi vəhşi qətliam dünya birliyi tərəfindən hələ ki layiqli qiymətini almayıb.
Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələrdən sayılır.

Bəs diasporumuz bu istiqamətdə nə kimi işlər görüb?

Modern.az saytının əməkdaşı bir neçə diaspor nümayəndəsinə müraciət edib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən qətliamın dünya səviyyəsində öz qiymətini almadığını deyib:


“Cinayətkarlar hərbi tribunala cəlb olunmayıb, öz cəzalarını almayıblar. Ona görə bu istiqamətdə tədbirlərimiz davam etdiriləcək. İstər Haaqa hərbi tribunalı olsun, istərsə də digər hərbi məhkəmələr - bu məsələlər müzakirəyə çıxarılmalıdır. Soyqırımını törədənlər məsuliyyətə cəlb olunmayana qədər addımlarımız davam edəcək. Bu tarix hər zaman Azərbaycan xalqının tarixində bir qara səhifə olaraq qalacaq. Biz bu faciəni hər il anacağıq, anmalıyıq da... Çünki tarixi unutmaq olmaz. Gələcəyi qurmaq üçün tarixini bilməlisən və unutdurmamalısan. Düşmənini tanımaq və bilmək üçün tarixini unutmamalısan”.


Müsahibimiz bu yöndə bəzi işlər apardıqların bildirib:


“Bu il Ukrayna Ali Radasının spikeri Dmitri Razimkova təşkilatımızın adından rəsmi müraciət etmişik. Bundan başqa, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun sədr müavini Lüdmira Marçinkova ilə müzakirəmizin məntiqi nəticəsi olaraq Ukrayna xarici işlər naziri Dmitri Kulebaya da məsələ ilə bağlı müraciət göndərilib. Hər iki müraciətdə Ukrayna parlamentinin Xocalı qətliamını soyqırımı kimi tanıması məsələsi öz əksini tapıb.

Bundan başqa, bir neçə silsilə tədbirlərimiz var. Həm Kiyev şəhərində, həm də Ukraynanın digər vilayətlərində... Belə ki, “Sonsuz dəhliz” filmini ayın 22-də  Ukraynada - Kiyev şəhərinin mərkəzindəki kinoteatrda təqdim edəcəyik. Təqdimata Ukraynanın ictimai xadimləri, jurnalistlər, millət vəkilləri dəvət olunub. Həmçinin filmi çəkən rejissoru da Litvadan təqdimat dəvət etmişik. Bundan başqa,  Xocalı qətliamı ilə bağlı Ukrayna dilində bukletlər, bir neçə kitab çap olunub. Onların da təqdimatı keçiriləcək. Ukraynanın arxivlərinə, kitabxanalarına, ali təhsil ocaqlarına göndəriləcək”.


Hikmət Cavadovun sözlərinbə görə, Xocalı qətliamının tanınması üçün bir neçə vacib layihəyə imza atıblar:


“Onlardan biri “Cəhənnəmi görmüş pilot” filiminin çəkilişi olub. Bu film bizim təşkilat tərəfindən ərsəyə gətirilib. Moskvada, Bakıda, dünyanın bir çox şəhərlərində, eləcə də Ukraynada bu filmin təqdimatı olub. Bu yönümdə öz işlərimizi aparırıq. Düşünürəm ki, biz xaricdə yaşayan azərbaycanlılar öz millətimizin haqqını hər zaman tələb edəcəyik, dövlətimizin apardığı siyasətə də hər zamana dəstək verəcəyik ki, gələcəkdə belə faciələr bir də yaşamasın. Biz qalib xalqıq, qalib dövlətin nümayəndələriyik. Və xaricdə də öz mübarizəmizi davam etdirməliyik. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, dünyanın bütün ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları son ildə bu məsələlərlə bağlı xeyli işlər aparır və aparacaq”...

 

Fransa-Azərbaycan Dialoqu Assosiyasiyasının sədri Günel Səfərova deyib ki, qlobal pandemiyanın nəticəsi olaraq Fransada toplaşmaq icazəsi yoxdur:


“Əvvəl tədbirlər keçirirdik, istər kilsələrdə anım mərasimi olsun, istər səfirliyin mədəniyyət mərkəzindəki tədbirlər... Amma artıq 1 il olacaq ki, pandemiyaya görə Fransada toplaşmaq icazəmiz yoxdur. Və axşam saat 6-dan sonra komendant saatı tətbiq olunur. Bunları nəzərə alaraq fiziki olaraq toplaşmaq mümkün olmayacaq. Lakin bu il zoom proqramı üzərindən onlayn vebinar keçirəcəyik. Bu onlayn vebinarda Xocalı soyqırımının humanitar, hüquqi və tarixi aspektinin müzakirəsi keçiriləcək”.


Günel Səfərova Fransada bütün vebinarların fransız dilində keçirildiyini qeyd edib:


“Məqsəd ondan ibarətdir ki, fransız dilli kontingent bizim yaralı mövzularımızdan xəbərdar olsun. Həminki qaydaya uyğun olaraq, bu vebinar da fransız dilində keçiriləcək. Xocalı soyqırımının canlı şahidlərindən biri Fransada həkim işləyir.
Biz qarabağlı azərbaycanlılarının həyat hekayəsini qısa videolarla fransız dilində təqdim edirik. Bu dəfə də Xocalı soyqırımının canlı şahidinin videosunu təqdim edəcəyik. Əsas istiqamət bundan ibarətdir. Və əlbəttə ki paralel olaraq, Fransanın bütün deputat və senatorlarına həm məlumat xarakterli, həm də Xocalı soyqırımın tanınması ilə bağlı məktublar göndərəcəyik. Pandemiya şəraiti bizi sıxsa da, çox işlər görməyə icazəmiz olmasa da, anım mərasimi keçirəcəyik”.

 

İsveçrədəki Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov da pandemiya şəraitinin çətinliklər yaratdığını qeyd edib?


“Açıq havada hər hansı bir tədbir keçirmək üçün icazə alarkən mütləq şərt qoyurlar ki, 5 nəfərdən artıq şəxs olmamalıdır. Bu səbəbdən də mənim bu il ağlıma belə bir fikir gəldi ki, Xocalıda qətlə yetirilən 63 uşağı xatırlamaq üçün karton fiqurlar düzəltdirdim. Təxminən 10-12 dənə karton fiqur hazırlamışıq. 150-170 sm uzunluğundakı fiqurlar Berlində, Cenevrədə, Sürixdə qoyulacaq. Bu fiqurlar sadəcə 3 şəhərin mərkəzi meydanlarında qoyulacaq. Bunun üçün icazə də alınıb”.


Qasım Nəsirovun sözlərinə görə, fiqurların yanında heç kim olmayacaq.



“Sadəcə, yoldan keçən insanların marağına səbəb olacaq ki, bu fiqurlar nədir. Fiqurların hamısının üzünə həlak olan uşaqların şəkilləri vurulacaq, adları və yaşları yazılacaq.
Fiqurlarınm sinəsindəki cibə flayer qoyulub. Flayerdə Xocalıda dəhşətlə üzləşən 8 yaşlı Xəzangül Əmirovanın əhvalatı yazılıb. O əhvalatı almancaya çevirtdirmişik. Cibə Xəzangülün həm uşaq, həm indiki halının şəkillərini qoymuşuq. Orada o, öz həyat hekayəsini danışır. İnsanların oxuması çox maraqlı olacaq. Xaricdə, xüsusən də İsveçrədə belə şəxsi hekayələri çox sevirlər. Əgər kiminsə sualı olsa, olanlarla bağlı mütləq yaxınlaşıb, onlara bilgi verəcəyik. Bu il fikrimiz budur ki, İsveçrənin 3 şəhərində bu tədbirləri keçirək. Artıq hamısı üçün icazə alınıb. 25, 26, 27 fevral tarixlərində tədbirimiz olacaq”.

 

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev Xocalı faciəsi ilə bağlı hər il olduğu kimi, bu il də Rusiya paytaxtında Heydər Əliyev Fondu və səfirliyimizin dəstəyi ilə ümumi tanıtım tədbiri keçiriləcəyini bildirib:


“Bu il də ya konfrans zallarının birində ya da Yəhudi Tolerantlıq Muzeyinin binasında tədbirlər keçiriləcək. Tədbirlərdə Xocalı haqqında həm filmlər nümayiş olunur, həm də Xocalıda zərərçəkən insanların çıxışları təşkil edilir. Bu çıxışlar sonradan mətbuat vasitəsi ilə Rusiyada yaşayan digər millətlərə də çatdırılır. Və bunun təbliğatı gedir”.


Müsahibimizin sözlərinə görə, təşkilat gənclər sayəsində də bir çox tədbirlər həyata keçirir:


“Rusiyada Azərbaycan gənclər təşkilatı fəaliyyət göstərir. Həmin təşkilat Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərir. Soyqırımının yerli gəncliyə çatdırılması təşəbbüsünə həm yəhudi, həm də alman təşkilatları qoşulub, Xocalı faciəsilə bağlı onlayn konfrans da keçiriləcək. Bu da onu göstərir ki, artıq Xocalı məsləsi azərbaycanlıların çərçivəsindən çıxaraq, daha da genşlənir, şaxələnir. Və hər il həm gənclər təşkilatları, həm də diaspor təşkilatları bu sahədə bir çox işlər görür. Bizim əsas məqsədimiz odur ki, Xocalı faciəsinə dair informasiyanı daha da böyük auditoriyalara çatdıraq, daha da çox insan bu məsələ haqqında məlumatlansın. Bu işlər gələcəkdə Xocalı soyqırımının dövlətlər tərəfindən tanınmasında bizə yardım edəcək. İnsanlar artıq biləcəklər ki, hansı məsələyə imza atırlar, hansı soyqırımını onlar və onların dövlətləri qəbul etməkdədir”.


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 “The Banker” ABB-ni “İlin bankı” elan etdi! 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?