Modern.az

Prokurorluq Xızıdakı silahlı insidentlə bağlı məlumat yaydı

Prokurorluq Xızıdakı silahlı insidentlə bağlı məlumat yaydı

27 Avqust 2012, 18:02

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidməti avqustun 24-də Xızı rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Modern.az-ın məlumatına görə, Baş Prokurluğdan bildirilib ki, avqustun 24-də Xızı rayonunun Şuraabad qəsəbəsi ərazisində naməlum şəxs odlu silahdan atəş açaraq Siyəzən şəhər sakini Elşən Ələkbərova ağır bədən xəsarəti yetirdikdən sonra ona məxsus "AzSamand" markalı avtomobillə hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlaıb  və Xızı rayon prokurorluğu və rayon Polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

"İsti izlər"lə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat- axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətmiş rayonun Zarat kənd sakini Məhərrəm Heybətov müəyyən edilərək yaxalanıb. Tədbirlərini davam etdirən istintaq-əməliyyat qrupu M.Heybətov tərəfindən gizlədilmiş mərhuma məxsus avtomaşının və cinayətin aləti olan bir ədəd ov tüfənginin yerini də aşkar edərək götürülüb.

M.Heybətov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilibdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?