Arxiv
23 Fevral 2021, 13:33 | AKTUAL
İtaliyanın daha üç bələdiyyəsi Azərbaycana dəstək oldu

İtaliyanın Katanzaro əyalətinin Soverato bələdiyyəsi, Kieti əyalətinin Fossacesia bələdiyyəsi və L’Aquila əyalətinin Sante Marie bələdiyyəsi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirlilməsinə çağırış edən sənədlər qəbul edib.

 

Modern.az-ın məlumatına görə, sənədlərdə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı, 1990-cı illərin əvvəllərində Azərbaycana məxsus ətraf 7 rayon da daxil olmaqla Ermənistan tərəfindən işğal olunduğu, istər Dağlıq Qarabağdan, istərsə də ətraf 7 rayondan bütün azərbaycanlıların zorla çıxarıldığı qeyd olunub. Həmçinin sənədlərdə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Baş Assambleyasının qətnamələrinin və digər beynəlxalq təşkilatların qərarlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etdiyi bildirilib.

 

Sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmaqla yanaşı münaqişədən əziyyət çəkmiş insanlarla həmrəylik nümayiş edilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

 

Eyni zamanda, sənədlərdə istər 1990-cı illərdə, istərsə də 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış müharibənin çoxsaylı insan itkisinə gətirib çıxardığı və 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoyulması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması məsqədi daşıdığı vurğulanıb.

 

Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkərək və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin müvafiq müddəalarına istinad ediblər. Habelə sənədlərdə sözügedən bəyannaməyə istinadən strateji tərəfdaşlar olan Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnologiya, səhiyyə, müdafiə, nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də geniş əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb.

 

Qeyd edək ki, İtaliyanın ümumilikdə 20-yə yaxın şəhər və bələdiyyələri oxşar sənədlər qəbul ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxanların sayı azaldı: 6 nəfər öldü 8 mart 2021, 18:12 Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? – FOTO 8 mart 2021, 17:40 Daha bir ölkə turistlər üçün karantin müddətini azaldacaq 8 mart 2021, 17:29 Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00