Cənubi Koreyanın sabiq birinci xanımına 7 il həbs cəzası verildi
Modern.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Qon Hi korrupsiya işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Birinci instansiya məhkəməsi Kim Qon Hinin sahibkarlardan kadr və biznes məsələlərində himayə müqabilində bahalı zinət əşyaları qəbul etdiyini müəyyən edib. Məhkəmə bunu korrupsiya əməli kimi qiymətləndirərək onun barəsində 7 illik həbs hökmü çıxarıb.
Qeyd edək ki, Kim Qon Hi bundan əvvəl də başqa korrupsiya və dələduzluq işi üzrə mühakimə olunub. Bu ilin aprelində apellyasiya məhkəməsi həmin iş üzrə cəzanı ağırlaşdıraraq onu 4 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Cənubi Koreyada məhkəmə sistemi üç instansiyadan ibarətdir və son qərarı Ali Məhkəmə verir.