“Bu gün bütün dostlarım məni 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirlər.
Bütün ömrünü Vətənə və xalqına həsr edən, mübarizəsi, cəsarəti, qəhrəmanlığı və nəhayət, şəhadəti ilə xalqımızın birliyini möhkəmləndirən, Zəfərə aparan yolun müjdəsini verən bir qəhrəmanın həyat yoldaşı olmaq böyük qürurdur”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xanımı Ofelya Salmanova Ordu günü təəssüratlarını bölüşərkən bildirib.
“Lakin bir hərbçi və şəhid xanımı kimi onun şəhadətindən sonra 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik olunmaq daha da böyük qürur və ən qiymətli qazancdır.
Bu qürur ürəyimdə ömür boyu yaşayacaq”, - deyə şəhid generalın həyat yoldaşı qeyd edib.
Ofelya Salmanova bütün şəhidləri ehtiramla anıb:
“Əziz şəhidlərimizi dərin hörmət və ehtiramla anıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə möhkəm can sağlığı, uzun ömür diləyirəm.
Bütün hərbçilərimizi 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayıram.
Allah Vətənimizi, Ordumuzu və xalqımızı qorusun! Yaşasın Azərbaycan Ordusu!”

A.Qorxmaz