Modern.az

Abşeronda 122 motoxuliqan saxlanıldı - VİDEO

Abşeronda 122 motoxuliqan saxlanıldı - VİDEO

Aktual

26 İyun 2026, 15:24

Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb.

DİN-dən Modern.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb.

Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi