Arxiv
24 Fevral 2021, 19:24 | AKTUAL
Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO

 

Fevralın 24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclas çərçivəsində ATƏT PA-nın Prezidenti, Baş katibi, xəzinədarı, Xüsusi Komitə rəhbərləri və digər nümayəndələrinin hesabatları dinlənilib, eləcə də Assambleyanın gələcək tədbirlərinin təşkilati məsələləri müzakirə olunub.

 

İclasda iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Baş katibi Roberto Montellanın hesabatında Ermənistanla Azərbaycan arasında parlament dialoqunun qurulmasında ATƏT PA-nın mümkün roluna dair müddəaları barədə fikirlərini bölüşüb.

 

Azay Quliyevin çıxışının (https://www.youtube.com/watch?v=vijCWoTcqnI) mətnini aşağıda təqdim edirik:

 

“İcazənizlə cənab Montellanın ATƏT PA-nın Ermənistanla Azərbaycan arasında davamlı sülh və barışığın təşviqindəki rolu ilə bağlı mənim də dəstəklədiyim təşəbbüsü haqqında danışmaq istərdim.

 

Bundan əvvəl Daimi Komitənin nəzərinə çatdırım ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladığı Üçtərəfli Bəyanat qalan 3 rayonumuzun da işğaldan azad olunması ilə nəticələndi ki, bu da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına tam olaraq son qoydu.

 

Bu bəyanat, Ermənistanla Azərbaycan arasında 30 ilə yaxındır ki davam etmiş silahlı münaqişənin həlli və suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında hərtərəfli sülh sazişinin imzalanması üçün zəmin yaratması ilə əlamətdar oldu.

 

Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərdə yaşayan erməni mənşəli vətəndaşlarını öz Konstitusiyasına əsasən digər vətəndaşlarla bərabər hüquq və azadlıqlarla təmin edərək onları ölkənin siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır.

 

44 günlük müharibədən sonra meydana gələn vəziyyət, eləcə də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının imzalanması aktuallığını itirmiş fikirlərdən imtina etməyi və mövcud reallığa uyğun olaraq adekvat addımların atılmasını daha da vacib edir.

 

Bu baxımdan "Dağlıq Qarabağ"ın qondarma statusunun müəyyən olunması məsələsini süni şəkildə gündəmə gətirmək cəhdləri separatizmə dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcəkdir.

 

Buna görə də, münaqişədən sonrakı proseslərə töhfə vermək arzusunda olan beynəlxalq maraqlı tərəflər bütün fəaliyyətlərini bu bəyanatlarda əks olunan sülh, sabitlik və əməkdaşlıq vizionunun həyata keçirilməsinə yönləndirməlidir.

 

Azərbaycan üçün 2021-ci il münaqişədən sonrakı quruculuq işləri və işğaldan azad olunmuş ərazilərin hərtərəfli inkişafına yönələn tədbirlər çərçivəsində bütün tərəfdaşlarla fəal əməkdaşlıq ili kimi yadda qalacaq.

 

Bu baxımdan da, Baş katib Montellanın münaqişə sonrası sabitləşmə və Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin prinsipial mərhələsinə töhfə vermək üçün qarşıdakı aylarda ATƏT PA-nın faydalı platformaya çevrilməsinə dair təşəbbüs və təklifini yüksək qiymətləndiririk.

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti olaraq, biz, regional sülh, təhlükəsizlik və xalqlarımızın mənafeyi naminə bütün bu təşəbbüslərin reallaşmasında rolumuzu oynamağa hazır olduğumuzu bildiririk.

 

Erməni həmkarlarımızdan da bu məsələlərlə bağlı analoji qətiyyətli yanaşmanı görəcəyimizə ümid edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08