Modern.az

Goranboyda nənə və nəvə dəm qazından zəhərləndi

Goranboyda nənə və nəvə dəm qazından zəhərləndi

24 Fevral 2021, 23:00

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.

 

1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub (apa).

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı