Modern.az

Srebrenitsa anaları Ağdam məscidində oldular

Srebrenitsa anaları Ağdam məscidində oldular

25 Fevral 2021, 17:29

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycana gələn “Srebrenitsa anaları” Hərəkatının üzvləri bu gün Ağdamda olublar.

Modern.az saytı xəbər verir ki, “Srebrenitsa anaları” Ağdamda erməni vəhşiliyinin nəticələrilə yaxından tanış olublar, viran qoyulmuş ərazilərə baxıblar.

Bosniya və Herseqovinadan olan analar Ağdam məscidini də ziyarət ediblər.

“Srebrenitsa anaları” Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin (PJB) dəvəti ilə Bakıya gəliblər. 


Səfərdə məqsəd Xocalı soyqırımı məsələsində ölkəmizə dəstək verməkdir.

“Srebrenitsa anaları” Bakıda olduqları müddətdə Xocalı abidəsinə də baş çəkəcək, soyqırımı qurbanlarını yad edəcəklər.
 

Hərəkat üzvləri daha sonra xocalılarla görüşəcək, onlara mənəvi dəstəklərini ifadə edəcəklər.


“Srebrenitsa anaları” Xocalı soyqırımını və xocalıların başına gətirilən dəhşətləri bütün dünyaya yaymaq üçün qatılacaqları bütün beynəlxalq tədbirlərdə bu barədə insanları məlumatlandıracaqlar.


Xatırladaq ki, sabah Azərbaycanda Xocalı soyqırımının 29-cu ildönümüdür.


Qeyd edək ki, Bosniya və Herseqovinanı təmsil edən “Srebrenitsa anaları” Hərəkatının üzvləri də 1995-ci ildə serblər tərəfindən törədilən soyqırımına məruz qalıblar. Belə ki, həmin ildə Srebrenitsada üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı