Modern.az

“Hər hansı revanş Azərbaycan tərəfindən ciddi cəzalandırılacaq” - Prezident

“Hər hansı revanş Azərbaycan tərəfindən ciddi cəzalandırılacaq” - Prezident

Ölkə

26 Fevral 2021, 11:47

“Biz davamlı sülhə nail olmaq istəyirik. Bunun üçün düşmənçilik səhifəsini çevirmək yaganə yoldur”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.  


Prezident bildirib ki,  Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb:

 

“10 noyabr bəyanatına nəzər salmaq kifayətdir. Bəyanata uyğun olaraq, erməni qoşunları ərazini tərk etmək öhdəliyi götürən kimi biz müharibəni dayandırdıq. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Biz dərk edəndə ki, Ermənistan hökuməti heç 1 santimetr torpağı da geri qaytarmaq niyyətində deyil, iyul və avqust aylarında düşmən tərəfindən törədilən təxribatlar müharibəni qaçılmaz etdi”.

 

İlham Əliyevin sözlərinə görə, davamlı sülhə yalnız 10 noyabr bəyanatına riayət edilməklə nail olmaq mümkündür:

 

“Mən bəyanata uyğun olaraq, öz sözümə əməl etdim. Hamı yaxşı bilir ki, müharibə davam etsəydi, nəticələr Ermənistan üçün daha acınacaqlı olacaqdı. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı sülh olsun. Ermənistan siyasi dairələri anlamalıdır ki, hər hansı revanş və qisas addımı Azərbaycan tərəfindən ciddi cəzalandırılacaq. Biz hansısa təhlükə görsək, dərhal buna adekvat cavab verəcəyik”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir