Modern.az

Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək

Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək

Aktual

27 Fevral 2021, 20:37

Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Paşinyan özünün feysbuk səhifəsində yazıb:

 

“Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı qərarı geri göndərdi. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir. Bir daha, müəyyən olunmuş prosedura uyğun olaraq, prezidentə imzasını gözləyərək Baş Qərargah rəisinin istefası üçün vəsatət göndərəcəyəm”.

 

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır