Modern.az

Baydendən ETİRAF: “İranlı silahlılara zərbə endirmək göstərişini mən vermişəm ”

Baydendən ETİRAF: “İranlı silahlılara zərbə endirmək göstərişini mən vermişəm ”

Dünya

28 Fevral 2021, 10:19

ABŞ Silahlı Qüvvələrinin fevralın 26-da Suriyada hava zərbəsi endirdiyi iranyönlü qruplar Amerikanın regiondakı hərbi qulluqçularına hücum etməyi planlaşdırırlar.

 

Modern.az CNN-ə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin ABŞ Konqresinə göndərdiyi bildirişin mətnində belə deyilir.

 

Sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

 

Amerika lideri qanuna uyğun olaraq Konqresin Senatına və Nümayəndələr Palatasına, Suriyanın şərqində İran tərəfindən dəstəklənən silahlıların infrastruktura zərbənin onun göstərişi ilə endirildiyini bildirib. Siyasətçi qeyd edib ki, bu "qeyri-dövlət qrupları" İraqdakı ABŞ ordusuna və koalisiyalara hücumlarda iştirak ediblər.

 

"Bu qruplar gələcəkdə də oxşar hücumların davamlı planlaşdırılmasında iştirak edirlər", - Bayden deyib.

 

Xatırladaq ki, fevralın 26-da gecə ABŞ İran Silahlı Qüvvələrinin Suriyadakı obyektlərinə hava zərbələri endirib.

 

Qeyd olunub ki, zərbə Amerikanın İraqdakı obyektlərinə bu yaxınlarda edilən hücumlara cavab olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı