Arxiv
28 Fevral 2021, 11:26 | QARABAĞ
Korotçenko: “Duma Xocalı faciəsinin soyqırımı aktı kimi qəbul edilməsi təşəbbüsü ilə çıxış edə bilər”

“Elə cinayətlər var ki, onları bağışlamaq və unutmaq mümkün deyil. Xocalı faciəsi məhz bu cinayətlərdəndir.

 

Modern.az-ın verdiyi məlumat görə, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

 

İ. Korotçenko deyib ki, Xocalıda müharibə zonasını tərk etməyə məcbur olan tamamilə dinc sakinləri, qaçqınları, qocaları, qadınları, uşaqları, bir sözlə günahsız insanlar nümunəsi olmayan qəddarlıqla və məqsədli şəkildə qətlə yetiriblər: “Bu əməllərə görə cəza mütləq lazımdır. Bu cəza ona görə lazımdır ki, belə vəhşi cinayətlər nə bizim həyatımızda, nə də gələcək nəsillərin həyatında bir daha təkrarlanmasın”.

 

 

O, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq tribunalın yaradılmasının vacibliyini vurğulayıb: “Təəssüflər olsun ki, biz ikinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən törədilən vəhşilikləri də gördük. Müharibə zonasından yüzkilometrlərlə uzaqda yerləşən Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirilməsi də Xocalı faciəsi kimi çirkin, insanlıqdan kənar addım idi. Bu mənada beynəlxalq ictimaiyyət üçün, Rusiya və digər ölkələrin vətəndaşları üçün sözsüz ki, Xocalı faciəsinin sənədləri və təfərrüatları maksimal dərəcədə əlçatan olmalıdır. Bir sıra beynəlxalq hüquqşünaslar tam əsasla Xocalıda baş verənləri soyqırım aktı kimi tövsif edirlər. Aydındır ki, beynəlxalq və nüfuzlu təşkilatların tribunalarından bu faciənin soyqırım aktı kimi qəbul edilməsi çox vacibdir. İstisna etmirəm ki, Dövlət Dumasının yeni tərkibi, bildiyiniz kimi qanunverici hakimiyyətin ali orqanına Rusiyada seçkilər sentyabrda keçiriləcək, Rusiya parlamentinin Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi təşəbbüsü ilə çıxış edə bilər. Bu faciənin detallarının və əsas cinayətkarlarının müəyyən edilməsi çox vacibdir. Ermənistan tərəfindən kimin bu siyasi qərarı verdiyini, kimin bu cinayətkar əmri icra etdiyini, kimin bu vəhşi cinayəti törətdiyini müəyyən etmək lazımdır. Müvafiq olaraq bu sənədlər ictimaiyyətə açıqlanmalıdır. Avropanın müvafiq strukturlarından tələb olunmalıdır ki, söz və mühakimələrlə yanaşı cəzanın konkret hüquqi mexanizmləri işə düşsün. Xocalıda soyqırımı aktını törədən hərbi cinayətkarlar cəzalarını almalıdırlar. Necə ki, keçmiş Yuqoslaviyada məlum hadisələr zamanı eyni ilə dinc sakinlərin kütləvi qətllərinə görə cəzalar verilmişdi. Çox vacibdir ki, XXI əsrdə heç yerdə bu cür cinayətlər təkrarlanmasın. Bunun üçün isə bir daha təkrar edirəm ki,  ədalətli cəza lazımdır. Cəzanın qaçılmazlığı və gec-tez cinayətkarların törədilmiş cinayətlərə görə məsuliyyət daşıyacağını başa düşməsi bu cür cinayətlərin təkrarlanmaması üçün ən çəkindirici amil olacaq”.

 

İ. Korotçenko insanlığa qarşı törədilmiş cinayətlərin zaman müddətinin olmadığını vurğulayıb: “Bu, o deməkdir ki, deyilən cinayətə görə cinayətkar müəyyən olunub, saxlanılıb və məhkəməyə verilibsə, nə yaş, nə də ki digər vəziyyətlər onun bu cəzadan yayınmasına səbəb ola bilməz. Hesab edirəm ki, Xocalı cinayətini törədənlər İnterpoll və cinayətkarların axtarışı ilə məşğul olan digər beynəlxalq təşkilatların xətti ilə axtarışa verilməlidir, onlar dərhal saxlanılmalı və məhkəməyə çıxarılmalıdırlar.

 

Bu gün bu kədərli gündə demək istəyirəm ki, Rusiya ictimaiyyəti və ekspert cəmiyyəti bu tarixi xatırlayır, azərbaycanlı dostlarla, onların qiymətləndirmələri ilə həmrəydir. Düşünürəm ki, nə Azərbaycan tarixində, nə də dünya tarixində bir daha bu cür faciələrin baş verməməsi üçün Xocalı soyqırımı və bu faciənin qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı limanı özəl idarəetməyə verilə bilər 23 Aprel 2021, 21:25 Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43 Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI 23 Aprel 2021, 16:38