Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb. 

 

Qəzada ölənlər Bərdə rayonun Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və rayonun Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğludur.

Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

 

 

Faktla bağlı araşdırma aparılır.