Modern.az

YAP İcra katibliyi və müavinlər yenilənəcək

YAP İcra katibliyi və müavinlər yenilənəcək

Aktual

5 Mart 2021, 14:29

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar çağırılan VII qurultayı başa çatıb.

Qurultayda struktur dəyişiklikləri olub. Siyasi Şura ləğv edilib və yeni İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə qaldırılıb.

Eyni zamanda, Veteranlar Şurası yaradılıb.

Maraqlıdır, partiyanın sədr müavinləri və İcra katibliyi necə olacaq?

Bu strukturlarda da dəyişiklik olacaqmı?

Milli Məclisin YAP-dan olan deputatı, İdarə Heyətinə seçilmiş Musa Quliyev deyib ki, qurultayda bu məsələ müzakirə edilməyib.

Modern.az saytının əldə etdiyi məlumata görə, YAP Sədrinin müavinləri və İcra katibliyində də dəyişiklik ediləcək. Məsələyə partiyanın İdarə Heyətinin iclasında baxılacaq. İclasın nə zaman keçirilmə məsələsi isə hələlik açıq saxlanılıb. Bu, partiya rəhbərliyinin qərarından asılıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır