Modern.az

“Liverpul” öz meydanında autsayderə uduzdu

“Liverpul” öz meydanında autsayderə uduzdu

Aktual

7 Mart 2021, 20:40

Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində son çempion “Liverpul” çempionatın autsayderi “Fulhem” komandasını qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol matçın 45-ci dəqiqəsində vurulub. Mario Lemina fərqlənərək komandasına qələbə qazandırıb.

 

Bu nəticədən sonra aktivində 43 xal olan “Liverpul” 7-ci, “Fulhem” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, bu, “Liverpul”un cari mövsümdə doqquzuncu məğlubiyyətidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır