Modern.az

Aftikada rusiyalı hərbçilərə hücum edildi - yaralılar var 

Aftikada rusiyalı hərbçilərə hücum edildi - yaralılar var 

8 Mart 2021, 09:17

Rusiyanın iki hərbi mütəxəssisi Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu zamanı yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalı bildirib.

 

Yaralılar bazaya təxliyyə olunublar. Qeyd edilir ki, onları xəstəxanaya aparan helikopter də qəzaya uğrayıb, ölən yoxdur. Xəsarət alanlardan biri əməliyyat ediləcək, yaralıların həyatı üçün təhlükə yoxdur.

 

Mərkəzi Afrika Respublikası hakimiyyəti BMT-nin sülhməramlı kontingentinin dəstəyindən istifadə edərək qiyamçılarla mübarizə aparır. Ölkədə Rusiya hərbi təlimatçıları çalışırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?