Modern.az

Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI

Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI

8 Mart 2021, 12:00

Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov açıqlama verib.

 

Modern.az xəbər verir ki, Nazirlik rəsmisi Rafiq Həsənov Badamdar sürüşmə sahəsinə baxış keçirildiyini bildirib:

 

“Əraziyə baxış zamanı məlum olub ki, 28 yanvarda baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də son zamanlar atmosfer yağıntıların nəticəsində  yerinin dəyişməsi qeydə alınıb. Əslində qruntun yer dəyişməsi ümumilikdə sürüşmə prosesini aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə dayanıqlılığı pozulmuş süxur kütləsinin yer dəyişməsi kimi qiymətləndirilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir