Modern.az

Putin Ərdoğanın simasında özünə yaxın tərəfdaş tapıb - ŞƏRH

Putin Ərdoğanın simasında özünə yaxın tərəfdaş tapıb - ŞƏRH

Analitika

11 Mart 2021, 09:55

Türkiyə və Rusiya dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 3-cü blokunun təməlqoyma mərasiminə onlayn formatda qatılıblar. Cumhuriyyətin quruluşunun yüz illiyinə təsadüf edəcək stansiyanın işə başlaması Türkiyənin elektrikə olan tələbatının 10 faizini ödəyəcək. Bu Türkiyə üçün kifayət qədər böyük rəqəmdir.

Prezidentlər onlayn görüş zamanı yaxın müddətdə əyani görüşəcəklərini də elan ediblər. Vladimir Putin uzun müddətdir türkiyəli həmkarı ilə görüşmədiyini vurğulayaraq bu cümləni işlədib: “Görüşü yaxın vaxtlarda reallaşdırmaq lazımdır”.

Modern.az-ın məlumatına görə, prezidentlər arasındakı danışığı şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Putinin türkiyəli həmkarıyla üzbəüz görüşə ehtiyacı var.


“Putin Ərdoğanın simasında özünə yaxın tərəfdaş tapıb”,-deyə politoloq bildirib.


E.Şahinoğlunun fikrincə, Rusiya tarixində ilk dəfə olaraq NATO-ya üzv olan ölkəyə müasir raketlər satıb, boru xətləri inşa edib və nəhayət tərəfdaşının ərazisində atom elektrik stansiyasının tikintisini davam etdirir.

“Bundan başqa, iki dövlət Suriya, Liviya və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda əməkdaşlıq edirlər. Bu bizim üçün də əhəmiyyətlidir. Çünki Rusiya hərbçilərinin Dağlıq Qarabağdakı fəaliyyətlərləri ilə bağlı suallarımız var, üstəgəl Laçın dəhlizi üzərindən sərhəddin nəzarətə götürülməsi vacibdir. Ərdoğanın bu məsələləri də Putinlə müzakirə edəcəyi ehtimalı yüksəkdir. Əsas odur ki, Putin Ərdoğanın Qarabağla bağlı növbəti təkliflərinə “yox” deməsin. Digər tərəfdən ümid edirik ki, Bakı ilə Ankara arasında Putinə çatdırılacaq təkliflərlə bağlı ortaq çalışma var”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir