Arxiv
18 mart 2021, 09:57 | MEDİA
“KİV haqqında” qanun layihəsilə bağlı TƏKLİFLƏR: ekspertlər nələri görmək istəyirlər...

Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Media sahəsində islahatlara başlanılıb.

“KİV haqqında” qanun layihəsi hazır olandan sonra ona Milli Məclisin Mədəniyyət komitəsində baxılacaq.


Modern.az yeni qanun layihəsi ilə bağlı media ekspertlərinin fikirlərini və təkliflərini öyrənib.


Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, “KİV haqqında” qanunun formalaşması Azərbaycanın bilavasitə Avropa Şurasına daxil olması ilə birgə baş verib:


“Azərbaycan bu gün də Avropa Şurasının üzvüdür. Şuranın üzvü olan ölkələrdə mediaya dövlət müdaxiləsi yolverilməzdir və medianın azadlığı təmin olunmalıdır. Ümid edirəm ki, yeni qanunun niyə qəbul olunmasının səbəbini cəmiyyətə izah edəcəklər. Medianın hüquqi tənzimlənməsi ilə məşğul olan şəxslər olaraq belə bir top yekun qanuna ehtiyac duymuruq. Əgər belə bir ehtiyac varsa, o zaman bu ictimaiyyətlə əlaqəli şəkildə həyata keçirilməlidir. Azərbaycan Avropa Şurasının üzvüdür və şuranın heç bir ölkəsində Azərbaycanda olduğu kimi dövlət mediası mövcud deyil. Azərbaycana ilk növbədə Avropa Konvensiyasına istinad edən və konvensiyada müəyyən olunan ifadə azadlığını qoruyan qanun lazımdır. Bunun hansı ölkə olmasının heç bir önəmi yoxdur”.

Ələsgər Məmmədli düşünür ki, Azərbaycanda media qanunvericiliyi yetərlidir, amma əskik olan məqamlar var:

“Bu, diffamasiyanın cinayət məsuliyyəti yaratmasıdır. Diffamasiyanın cinayət məsuliyyəti qanunvericilikdən çıxarılmalıdır. Böhtana, təhqirə görə cinayət məsuliyyəti olmamalıdır.

İkinci önəmli problem medianın təsisçiliyinin şəffaf olmamasıdır. Bütün media təsisçilərinin konkret olaraq kim olduğu bilinməlidir”.

 

Teletənqidçi, professor Qulu Məhərrəmli Azərbaycanın əvvəl ki, “KİV haqqında” qanununun öz dövrü üçün mütərəqqi olduğunu qeyd edib:

“Qanuna çox dəyişikliklər edildi və onu tamamilə başqa hala saldılar. Azərbaycan Avropa Şurasına daxil olandan sonra, bütün qəbul olunan qanunlar ekspertiza kimi “Venetsiya komissiyası” adlandırılan qurumdan keçir və onların rəyi nəzərə alınır. Bizim “KİV haqqında” qanunla bağlı da belə oldu.
Ümid edirəm ki, normal bir qanun layihəsi hazırlanacaq, çünki üzərində çox ciddi işlər gedir. Hüquq ekspertləri, media hüquqçuları qanunla məşğul olurlar.

Yeni qanun layihəsi üçün bir çox ölkələrin qanunu üstün prioritet kimi götürülə bilər. Məsələn, Almaniya, Böyük Britaniya, Fransa və s. Bu ölkələrin media haqqında qanunu çox müasirdir və o qanunlarda jurnalistlərin, medianın cəmiyyətdə normal çalışması üçün hüquqi zəmin həddindən artıq güclüdür. Bu ölkələrin qanunvericilik təcrübəsi nəzərə alına bilər. Türkiyənin qanunu da bura daxildir.

Qanun layihəsində hakimiyyət və media arasında çox dəqiq sərhədlər müəyyənləşdirilir, medianın hüquq və vəzifələri dəqiq göstərilir. Qanunun işi həm də məhdudiyyətlər qoymaqdır. Bu məhdudiyyətləri nəzərə alaraq  media elə fəaliyyət göstərməlidir ki, cəmiyyəti məlumatlandırsın, eyni zamanda insanların şərəf və ləyaqətini təhqir etməsin”.


Qulu Məhərrəmli yeni qanunda nələr görmək istədiyini də vurğulayıb:

“İlk növbədə jurnalistləri sərbəst fəaliyyəti, informasiyaya çatımlı olması üçün hüquqi prosedurlar dəqiq göstərilməlidir. Hakimiyyətlə münasibət çərçivəsi dəqiq göstərilməlidir. Medianın məmurlardan qorunması üçün maddə əvvəlki qanunda da var idi, şübhəsiz ki, burada da öz əksini tapacaq. İnformasiya vermək istəməyən, medianın işinə mane olanlar üçün cəzalar müəyyənləşdirilməlidir. Mütərəqqi olaraq nə varsa, onların hər birini yeni qanunda görmək istəyirəm”.

Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55 Noyabrda 10 gün iş olmayacaq 15 Oktyabr 2021, 17:50