Modern.az

Deputatdan Operativ Qərargahın qərarına REAKSİYA: “Buna da şükür”

Deputatdan Operativ Qərargahın qərarına REAKSİYA: “Buna da şükür”

Parlament

19 Mart 2021, 17:04

“Hər kəsi təbrik edirəm. Yol bağlanmadı, insanların Novruz bayramı qəmə çevrilmədi, rayonlara kilometrlərlə tıxac yaranmadı, kafe və restoranlar bağlanmadı. Status kvo qaldı”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarına münasibət bildirərkən deyib.

“Buna da şükür. Operativ Qərargah doğru qərar qəbul etdi və buna görə onlara da təşəkkür edirəm. Sağ olsunlar. Nə qədər insan çörəyindən və gündəlik qazancından olacaqdı”,-deyə deputat bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar