Arxiv
2 Aprel 2021, 16:51 | ÖLKƏ
Müdafiə Nazirliyindən Aqil Abbasın tənqidinə CAVAB

Müdafiə Nazirliyi bu gün Milli Məclisin deputatı Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, məlumatda bildirilir ki, Milli Məclisin üzvü, millət vəkili Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti barədə səsləndirdiyi subyektiv və əsassız fikirlər təəssüf hissi doğurur:

 

"Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır. Bildiririk ki, yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır.

 

Qeyd edək ki, millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə ictimaiyyətə öz razılığını ifadə edib.

 

Deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında, düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir.

 

Aqil müəllimin diqqətinə çatdırırıq ki, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb.

 

Yəqin deputatımız məlumatsızdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq hərbi tibb müəssisələrinə baş çəkir, oradakı şərait və müalicə alan hərbi qulluqçularımızın səhhəti ilə maraqlanır, tibbi təminatın daha da keyfiyyətli həyata keçirilməsi ilə bağlı göstərişlər verir. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir.

 

O ki, qaldı yaralılara əlillik dərəcəsinin verilməsi məsələsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir”.

 

Qeyd edək ki, deputat Aqil Abbas bu gün Milli Məclisdə Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir veteranın ömür kitabı: kənddə yaşayan elmlər namizədi...  9 May 2021, 14:34 3200 igiddən sağ qalan cəmi bir nəfər... 9 May 2021, 14:29 Daşkəsəndə 96 yaşlı veteran evində təbrik edildi 9 May 2021, 14:20 Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi 9 May 2021, 14:10 Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdilər <p style="margin: 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51