Modern.az

Ərdoğan Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ölkə

3 Aprel 2021, 09:28

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Cahit Bağcı Azərbaycana səfir təyin olunub.

 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

 

Belə ki, hazırkı səfir Erkan Özoral geri çağırılıb. Onun yerinə isə Cahit Bağçı təyin edilib.

 

Qeyd edək ki, 1964-cü il təvəllüdlü yeni səfir uzun illərdir ki, siyasətlə məşğul olur. 2007, 2011 və 2015-ci illər Çorum bölgəsindən millət vəkili seçilib. Ədalət və İnkişaf Partiyasının üzvüdür. Evlidir, 3 övladı var. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü