Modern.az

Azərbaycanda Media haqqında” yeni qanun HAZIRLANIB

Azərbaycanda “Media haqqında” yeni qanun HAZIRLANIB

Media

10 Aprel 2021, 15:27

“Media haqqında” yeni qanun layihəsi hazırlanıb.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: “Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?