Modern.az

Suarez “Liverpul”a qayıda bilər

Suarez “Liverpul”a qayıda bilər

Aktual

11 Aprel 2021, 20:59

“Atletiko”nun hücumçusu Luis Suarez mövsümün sonunda İngiltərəyə qayıda bilər. 

 

Modern.az xəbər verir ki, Uruqvay millisinin üzvü sabiq klubu “Liverpul”un maraq dairəsindədir.

 

34 yaşlı forvardın Madrid klubunda baş məşqçi Dieqo Simeone ilə yola getmədiyi vurğulanır. Suarezin argentinalı mütəxəssisin qurduğu taktiki sistemdən narazılıq bildirməsi tərəflər arasında mübahisəyə yol açıb. Bu üzdən onun “Liverpul”a dönməsi istisna edilmir.

 

Qeyd edək ki, “Atletiko”ya ötən ilin yayında “Barselona”dan keçən Luis Suarezin müqavilə müddəti gələn ilin yayına qədərdir. O, daha öncə “Liverpul”da parlaq dönəm keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı