Arxiv
12 Aprel 2021, 12:18 | ÖLKƏ
İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verildi.

 

Qeyd edək ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürüb. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

 

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdü.

 

Dövlət başçısı görüşdə çıxış etdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhəd Abıyevin həbs xəbərinə İcra Hakimiyyətindən CAVAB 6 May 2021, 17:18 BMU ilə “Azertexnolayn” MMC arasında əməkdaşlıq sənədi imzalandı 6 May 2021, 17:12 Azərbaycan veteranlarından Lavrova MÜRACİƏT 6 May 2021, 17:06 Ter-Petrosyan eks-prezidentləri Paşinyana qarşı birləşməyə ÇAĞIRDI 6 May 2021, 17:00 Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır” 6 May 2021, 16:57 Ombudsman Miyatoviçə məktub yazdı 6 May 2021, 16:52 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verdi 6 May 2021, 16:46 Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI 6 May 2021, 16:40 Yoluxma azaldı, sağalanlar çoxaldı - 18 nəfər öldü 6 May 2021, 16:34 Əbədiyaşar lider 6 May 2021, 16:28 Nazir: Azərbaycanda qeyri-neft ixracı artıb 6 May 2021, 16:22 Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi 6 May 2021, 16:16 Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Bakıda piyada zolağı ilə bağlı YENİLİK 6 May 2021, 15:56 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16