Arxiv
12 Aprel 2021, 15:20 | ÖLKƏ
Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. - AÇIQLAMA

“Bakı Metropoliteni” QSC-də müxtəlif vəzifələrdə çalışan əməkdaşlar narahatdır. Modern.az-a daxil olan məlumatda bildirilir ki, işçilərin narahatlığına səbəb əməkhaqlarına ödənilən əlavələrin dayandırılması barədə xəbərlərlə bağlıdır. Bu, pandemiya dövrü boyunca metroda sərnişindaşımanın olmaması ilə əlaqələndirilir. Onsuz da metroda sərnişindaşıma fəaliyyəti dayandırılandan sonra işçilərin maaşı bir qədər azaldılmışdı. Bu dəfə isə maaşlara əlavələrin dayandırılması barədə yayılan xəbərlər təşvişə səbəb olub.

 

““COVID-19” pandemiyasında tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə işçilərin əməkhaqlarının ödənilməsi ilə bağlı hər hansı bir problem yaşanmayıb”.

 

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın pandemiya dövründə metropoliten əməkdaşlarının əməkhaqlarının azaldılması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

 

B.Məmmədov qeyd edib ki, “Bakı Metropoliteni” QSC işçilərinin əməkhaqları əməyin ödənilməsinin vahid tarif cədvəlinə uyğun olaraq hesablanır:

 

“Həmçinin, əməyin qiymətləndirilməsi və ödənilməsi zamanı əlavələrin verilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə imzalanmış Kollektiv müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunur. İstər pandemiya, istərsə ondan əvvəlki dövrlərdə əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi ilə bağlı qaydalarda hər hansısa dəyişiklik edilməyib. Xüsusi şərait, iş növbəsi üzrə, eləcə də Kollektiv müqavilədə nəzərdə tutulmuş digər əlavə və üstəliklər faktiki işlənilmiş vaxta mütənasib olaraq ödənilir”.

 

Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin əməkdaşları pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, tapşırıq və tövsiyələrə, eyni zamanda qəbul edilmiş müvafiq metodiki göstərişlərin tələblərinə uyğun qaydada işə cəlb olunurlar:

 

“Metropoliten çoxşaxəli mürəkkəb infrastruktura malik olduğundan, işə cəlb edilmə ilə bağlı vahid prinsipin tətbiqi qeyri-mümkündür. Lakin evdən iş rejiminin tətbiq edilməsi mümkün olan sahələrin işçilərinə müəssisədə məsafədən işləmək imkanı da yaradılıb. Birbaşa istismar və tikinti ilə bağlı sahələrdə qaçılmaz zərurət yaranan fəaliyyət istiqamətləri  üzrə vətəndaşlar qəbul edilmiş qərarların tələblərinə uyğun qaydada işə cəlb edilirlər”.

 

Xatırladaq ki, Bakı metrosu ötən il mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb.

 

İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə metro 2020-ci il oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə bağlanıb.

 

Son qərara dəyişiklik edilməzsə, metropolitendə sərnişindaşıma 1 iyun 2021-ci ildə bərpa olunmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMU ilə “Azertexnolayn” MMC arasında əməkdaşlıq sənədi imzalandı 6 May 2021, 17:12 Azərbaycan veteranlarından Lavrova MÜRACİƏT 6 May 2021, 17:06 Ter-Petrosyan eks-prezidentləri Paşinyana qarşı birləşməyə ÇAĞIRDI 6 May 2021, 17:00 Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır” 6 May 2021, 16:57 Ombudsman Miyatoviçə məktub yazdı 6 May 2021, 16:52 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verdi 6 May 2021, 16:46 Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI 6 May 2021, 16:40 Yoluxma azaldı, sağalanlar çoxaldı - 18 nəfər öldü 6 May 2021, 16:34 Əbədiyaşar lider 6 May 2021, 16:28 Nazir: Azərbaycanda qeyri-neft ixracı artıb 6 May 2021, 16:22 Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi 6 May 2021, 16:16 Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Bakıda piyada zolağı ilə bağlı YENİLİK 6 May 2021, 15:56 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10