Modern.az

Azərbaycanda daha 6 məktəbin fəaliyyəti dayandırıldı

Azərbaycanda daha 6 məktəbin fəaliyyəti dayandırıldı

Təhsil

13 Aprel 2021, 15:26

Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb. 

 

Modern.az xəbər verir ki, rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb.

 

Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır