Modern.az

ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

Aktual

15 Aprel 2021, 00:45

ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planı təxirə salınıb. 

 

Modern.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyindən bildirilib.

 

 Qeyd edək ki, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxacağı ilə bağlı keçən həftə Türkiyəyə məlumat vermişdi. 

 

Bildirilmişdi ki, ABŞ Donanması gəmilərini Qara dənizə göndərilməsi Ankara ilə imzalanmış Montre konvensiyası çərçivəsində olacaq və iki hərbi gəmi may ayının 4-nə qədər Qara dənizdə qalacaq. Amma sonradan bu plan təxirə salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü