Arxiv
17 Aprel 2021, 20:50 | AKTUAL
Ukrayna Rusiya diplomatını ölkədən qovur

Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin böyük diplomatını ölkədən göndərir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.

 

“Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir”, - məlumatda deyilir. Qeyd olunur ki, belə bir qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu göndərmək qərarına cavab olaraq qəbul edilib.

 

“Konsulluq əməkdaşına irəli sürülən ittihamları tamamilə istisna edirik. Rusiya hökumətinin bu cür hərəkətləri 1961-ci il tarixli diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını və 1963-cü il tarixli konsulluq münasibətləri haqqında Vyana Konvensiyasını kobud şəkildə pozur və Rusiyanın Ukrayna ilə münasibətlərin daha da kəskinləşməsi kursunu seçməsini bir daha təsdiq edir”, - Ukrayna XİN-in məlumatında deyilir.

 

Daha əvvəl Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotilo Ukraynanın Sankt-Peterburqdakı konsulunun saxlanılması ilə əlaqədar Rusiya XİN-ə çağırılıb. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) verilən məlumata görə, Ukrayna konsulu Aleksandr Sosonyuk iş başında - Rusiya vətəndaşı ilə görüşdə təhlükəsizlik orqanlarının bazalarında olan qapalı xarakterli məlumat əldə edərkən - saxlanılıb. Bildirilir ki, Sosonyukun fəaliyyəti Rusiyaya qarşı düşmənçilik münasibətindədir və diplomatik işçi statusu ilə bir araya sığmır.

 

Daha sonra Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko Sosonyukun bir neçə saatlıq saxlanıldığını, artıq diplomatik idarəyə qayıtdığını bildirib. İnsidenti Moskva tərəfindən düşmənçilik hərəkətləri adlandıran qurum cavab tədbirlərinin hazırlandığını bəyan edib.

 

FTX-də qeyd ediblər ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq. Diplomatların işlədikləri ölkədə toxunulmazlığı var. Eyni zamanda, Vyana Konvensiyasına görə, qanunun pozulmasına və ya düşmənçilik hərəkətlərinə yol verildikdə hakimiyyət diplomatik işçiləri ölkədə qalma hüququndan məhrum edə bilər.

 

       
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18