Arxiv
30 Aprel 2021, 10:16 | ÖLKƏ
Xüsusi Təyinatlı Qüvvələrin yaranma GÜNÜDÜR

30 aprel tarixi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür.


Modern.az
saytının məlumatına görə, Müdafiə Nazirliyinin nəzdində 1999-cu il aprelin 30-da qurulan Xüsusi Təyinatlı Qüvvələrin formalaşması I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin iştirakı ilə baş verib.


Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb.

Sonralar Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri daha da təkmilləşdirilib. XTQ-yə general-leytenant  Hikmət Mirzəyev rəhbərlik edir.

26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələr Hikmət Mirzəyev rəhbərliyilə keçid etmişdi.

II Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qəhrəmanlığı ilə yaddaşlarda qaldı. Bu qüvvələr Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad edib.

Xüsusi təyinatlılar Şuşa şəhərinin azad edilməsində də müstəsna rol oynayıblar. 8 noyabr 2020-ci il tarixində İlham Əliyev general Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin sayəsində əldə edilib. Bu müharibə bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi savaş hesab olunur.

Azərbaycan xüsusi təyinatlılarının bir çoxu Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alıb, müxtəlif sertifikatlara layiq görülüblər.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant  Hikmət Mirzəyev  Vətən Müharibəsi Qəhrəmanıdır. O, 2016-cı ilin “Aprel döyüşləri” və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin hərbi rəhbərlərindən biri olub.

Hikmət Mirzəyev 44 günlük müharibə zamanı Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına şəxsən rəhbərlik edib.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradı bir sıra məqamlarla yadda qalıb.

Bu paradda Vətən müharibəsindəki müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək,  xalqımıza Böyük Qələbənin sevincini yaşadan Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları da tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev başçılıq etdi.

 

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI 16 May 2021, 15:36 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” aparılır - YENİLƏNİB 16 May 2021, 15:28 Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb 16 May 2021, 15:24 İsrailə bütün beynəlxalq uçuşlar dayandırıldı 16 May 2021, 15:18 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:12 Niderlandda yaşayan soydaşlarımızdan humanist addım    16 May 2021, 15:06 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55 “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” müzakirəsi aparıldı 16 May 2021, 12:50 Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi 16 May 2021, 12:44 Sabah 35 dərəcə isti olacaq 16 May 2021, 12:38 Azərbaycanda QİÇS xəstələrinin SAYI 16 May 2021, 12:32