Modern.az

Spirtdən istifadə orucu batil etmir! - Din xadimindən AÇIQLAMA

Spirtdən istifadə orucu batil etmir! - Din xadimindən AÇIQLAMA

Mədəni̇yyət

30 Aprel 2021, 11:30

Aprelin 14-dən başlayan Müqəddəs Ramazan ayı ikinci dəfə koronavirus pandemiyası dövrünə təsadüf edib. Pandemiya dönəmi olduğu üçün insanlar dezinfeksiya məhsullarından, eyni zamanda spirtdən tez-tez istifadə edir.

Maraqlıdır, bəs spirtdən istifadə etmək orucu batil edirmi?


Modern.az
-ın bu sorğusunu Qafqaz Müsəlmanları İdarəsinin "İçərişəhər" məscidi üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli cavablandırıb.


O, spirtin orucu batil etmədiyini qeyd edib:

“Orucu pozan 9 şərt var ki, ətirdən və ya dezinfeksiya məqsədi ilə spirtdən istifadə etmək bu şərtlərə daxil deyil, yəni orucu batil etmir. İnsanlar karantin qaydalarına, eyni zamanda spirtdən rahatlıqla istifadə edə bilərlər. Hətta ətirdən istifadə etmək islam dinində bəyənilən ən böyük savab işlərdəndir”.

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi